Maliyyə

ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər

ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər

Dövlət bankı Azər Türk Bank Alman–Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə Bakıda keçirilən Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında eksklüziv "Platinum" tərəfdaş qismində iştirak edir.

Tədbirdə Almaniya və Azərbaycanın dövlət qurumlarının, biznes dairələrinin, beynəlxalq maliyyə institutlarının və digər təşkilatların nümayəndələri iştirak edirlər.

Konfrans "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, yaşıl enerji və rəqəmsallaşma üçün maliyyə vəsaitlərinin səfərbər edilməsi" mövzusuna həsr olunub.

Azər Türk Bankı konfransda İdarə Heyəti sədrinin müavini, Baş kommersiya inzibatçısı Fərid Quliyev təmsil edib və öz çıxışında müzakirə olunan mövzularla bağlı Bankın mövqeyini açıqlayıb.

Belə ki, Orta Dəhlizin artan strateji əhəmiyyəti, irimiqyaslı infrastruktur və enerji layihələrinin maliyyələşdirilməsində bank sektorunun mühüm rolu, eləcə də beynəlxalq kapitalın cəlb olunması üçün layihələrin maliyyə baxımından dayanıqlı strukturunun yaradılmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd edilib ki, Azər Türk Bank dayanıqlı inkişafı və yaşıl layihələri gələcək iqtisadi artımın mühüm hərəkətverici qüvvələrindən biri hesab edir. Bank əmindir ki, Azərbaycanın genişmiqyaslı layihə imkanları ilə Almaniyanın yüksək texnoloji gücünün və maliyyə mexanizmlərinin vəhdəti, hər iki ölkənin dövlət və özəl sektorları üçün strateji və uzunmüddətli əməkdaşlıq platforması formalaşdıracaq.

Azər Türk Bankın Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında eksklüziv "Platinum" tərəfdaş kimi iştirakı Bankın dayanıqlı iqtisadi inkişafın, beynəlxalq biznes əməkdaşlığının və ölkənin strateji layihələrinin maliyyələşdirilməsi istiqamətində dialoqa verdiyi töhfənin davamıdır.

ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər