23–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində XalqKart sahibləri seçilmiş kateqoriyalar üzrə alış-veriş və xidmət ödənişlərinə görə 5% keşbek/Oil bonusu əldə edə biləcəklər. Kampaniya geyim, elektronika, aviabiletlər və turizm xidmətləri, parfümeriya və kosmetika kateqoriyalarını əhatə edir.
Kampaniya şərtləri barədə ətraflı: https://www.xalqbank.az/az/ferdi/kampaniyalar/xk-qara-cume-az
Xatırladaq ki, 30 dekabr tarixinədək XalqKart Cashback və XalqKart Petrol ödəniş kartlarını pulsuz və ilkin mədaxil məbləği olmadan əldə etmək mümkündür. Hər iki kartda olan digər üstünlüklər bunlardır:
- AZN qalığına illik 7% əlavə gəlir;
- ölkədaxili bütün kartlara aylıq 3000 AZN-dək komissiyasız köçürmə;
- aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.



