YapiKredi Müraciət Forması
Mazda CX-5
Cəmiyyət

Bakıda yeni mall tikilir — FOTO

Bakıda yeni mall tikilir — FOTO

Paytaxtın Nizami rayonunda, vaxtilə "Diqlas" ticarət mərkəzinin fəaliyyət göstərdiyi ərazidə müasir ticarət kompleksi inşa olunur. Qara Qarayev prospekti, 239 ünvanında aparılan tikinti işləri artıq yeni mərhələyə qədəm qoyub.

Demokrat.az milli.az-a istinadla bildirir ki, inşa edilən qeyri-yaşayış təyinatlı obyekt ümumilikdə beş mərtəbədən ibarət olacaq. Layihənin icrasına cari ilin may ayının 15-də start verilib. İnşaat işlərinin 2027-ci il noyabrın 15-dək tam yekunlaşdırılması planlaşdırılır.

Xatırladaq ki, həmin ərazidə yerləşən əvvəlki "Diqlas" ticarət mərkəzində 2019-cu il martın 26-da güclü yanğın baş vermişdi. Həmin hadisə həm obyektə, həm də orada çalışan sahibkarlara külli miqdarda maddi zərər vurmuşdu. Hadisədən sonra yararsız hala düşən bina sökülmüşdü.

Beləliklə, yeddi ildən sonra həmin ərazidə tamamilə yeni ticarət infrastrukturunun istifadəyə verilməsi nəzərdə tutulur.

Bakıda yeni mall tikilir — FOTO

Editor
Redaktor