YapiKredi Müraciət Forması
Mazda CX-5
Avto Özəl

"Black Friday" maşınlara da aiddir? — Açıqlama

Black Friday maşınlara da aiddir? — Açıqlama

Noyabr ayının son həftəsində dünyanın bir çox ölkəsində keçirilən "Black Friday" endirim kampaniyaları müxtəlif məhsul və xidmətlərlə yanaşı, avtomobil bazarında da alıcıların diqqətini çəkir. Bu dövrdə bəzi avtomobil şirkətləri müştərilərə xüsusi qiymət təklifləri, güzəştlər və müxtəlif bonuslar təqdim edir. Xüsusilə avtomobil almağı planlaşdıranlar kampaniya müddətində daha sərfəli qiymətə nəqliyyat vasitəsi əldə etməyin mümkün olub-olmadığı ilə maraqlanırlar.

Bəs "Black Friday" endirimləri Azərbaycanda avtomobil bazarına da təsir edirmi? Avtomobillərin qiymətində nə qədər güzəşt edilir və bu kampaniyalar işlənmiş avtomobilləri də əhatə edirmi?

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, rəsmi avtomobil salonlarında il ərzində müxtəlif kampaniyalar və endirimlər mütəmadi olaraq həyata keçirilir.

Black Friday maşınlara da aiddir? — Açıqlama

Onun sözlərinə görə, xüsusilə ilin sonuna yaxın bu cür təkliflərin sayı artır:

"Black Friday" kampaniyaları ilə yanaşı, müxtəlif avtomobil markalarının ayrı-ayrı modellərinə xüsusi endirimlər tətbiq olunur. Bəzi hallarda avtomobil alan müştərilərə sığorta, əlavə avadanlıqlar və digər hədiyyələr də təqdim edilir. Bu kampaniyalar, əsasən, satışların stimullaşdırılması və müştərilərin yeni avtomobillərə marağının artırılması məqsədi daşıyır. İstehsalçı zavodlar da ilin sonunda müəyyən güzəştlər tətbiq edir və bu imkanları öz ölkələrindəki rəsmi nümayəndəliklərə, o cümlədən Azərbaycandakı idxalçılara təqdim edirlər. Yerli idxalçılar isə həmin güzəştlərdən istifadə edərək müxtəlif endirim və kampaniyalar təşkil edirlər. Belə təkliflər, əsasən, sıfır kilometrlik avtomobillərə şamil olunur. Yəni rəsmi salonlarda təqdim edilən endirimlər və əlavə hədiyyələr yeni avtomobil almaq istəyən müştərilər üçün nəzərdə tutulur".