Özəl

Hər gün yediyimiz məhsullardakı gizli təhlükə — Səssizcə orqanizmi məhv edir

Hər gün yediyimiz məhsullardakı gizli təhlükə — Səssizcə orqanizmi məhv edir

Gündəlik qidalanmada hazır və emal olunmuş məhsullara tələbat kifayət qədər yüksəkdir. Vaxt azlığı, rahatlıq və məhsulların asan əldə olunması kimi amillər insanların bu qidalara üstünlük verməsinə təsir göstərir.

Demokrat.az-a açıqlamasında qida eksperti Ağa Salamov bildirib ki, dünyada qloballaşma prosesi müxtəlif ölkələrin mətbəxlərinin bir-birinə daha da yaxınlaşmasına səbəb olub.

Hər gün yediyimiz məhsullardakı gizli təhlükə — Səssizcə orqanizmi məhv edir

Onun sözlərinə görə, xaricə gediş-gəlişlərin artması, turistlərin Azərbaycana səfərləri və müxtəlif ölkələrin nümayəndələrinin ölkəmizə gəlməsi həmin mətbəxlərin də Azərbaycanda yayılmasına təsir göstərir:

"Bu proses fastfudların və tez hazırlanan yeməklərin də ölkəmizdə yayılmasına səbəb olur. Məsələn, Meksika, İngiltərə, Amerika və digər ölkələrin fastfudları, eyni zamanda qardaş Türkiyənin mətbəxi ölkəmizdə özünə yer tutur.

Bunun həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət cəhəti odur ki, insanlar yeni dadlar kəşf edir, müxtəlif mətbəxlər haqqında məlumat əldə edirlər. Mənfi tərəfi isə Azərbaycan mətbəxinin diqqətdən kənarda qalması və onun təbliğatının azalmasıdır. Düşünürəm ki, otel və restoranlarda, ilk növbədə, ictimai iaşə müəssisələrində milli mətbəx ön planda olmalıdır. Digər mətbəxlər də menyuda yer ala bilər, amma daha az həcmdə. Kolbasalara gəldikdə isə, onların tərkibində monosodium glutamat, yəni E621 kodu ilə tanınan dadlandırıcıdan istifadə olunur. Bu maddə insanda ləzzət və dad hissi yaradır və umami adlanan beşinci dadın qəbul edilməsinə səbəb olur.

İnsanın əsas hiss etdiyi dadlar şirin, acı, duzlu və turşdur.

Umami isə beşinci dad hesab olunur. Monosodium glutamat bu dadın daha güclü hiss edilməsinə səbəb olur. Təbii olaraq, məsələn, pomidorda da umami dadı mövcuddur. Monosodium glutamat həmçinin ‘Çin duzu" adı ilə tanınır. Bəzi ədviyyatların tərkibində də bu maddədən istifadə olunur və kolbasa məhsullarına əlavə edilir. Tövsiyə edərdim ki, kolbasa normasında, delikates kimi istifadə olunsun. Əgər kolbasa mütəmadi və çox miqdarda istehlak edilirsə, bunun insan orqanizminə müxtəlif mənfi təsirləri ola bilər. Çipslərə gəldikdə isə, onlar əsasən atışdırmalıq məhsullardır. Onların da mütəmadi və çox miqdarda istifadəsinin sağlamlıq baxımından mənfi nəticələri ola bilər. Buna görə də bu cür məhsulların qəbulunda ölçülü olmaq lazımdır".