Maraqlı

Makaron bişirərkən bu səhvi etməyin – Mətbəxi su basa bilər

Makaron bişirərkən bu səhvi etməyin – Mətbəxi su basa bilər

Makaron hazırlamaq olduqca asan görünsə də, bişirmə zamanı edilən kiçik bir səhv həm yeməyi, həm də mətbəxi korlaya bilər. Aşpazlar makaron bişirərkən qazanın qapağını uzun müddət bağlı saxlamağı məsləhət görmür.

Demokrat.az xəbər verir ki, bu barədə Ofeminin.pl yazıb.

Mütəxəssislərin sözlərinə görə, qapaq yalnız suyun daha tez qaynaması üçün ilkin mərhələdə istifadə oluna bilər. Makaron qaynar suya əlavə edildikdən sonra isə qapağı açıq saxlamaq lazımdır.

Makaron suya əlavə ediləndə temperatur bir qədər aşağı düşür. Bu zaman qazanı qısa müddətə yenidən qapaqla örtmək suyun daha tez qaynamasına kömək edə bilər. Lakin su yenidən güclü şəkildə qaynamağa başlayan kimi qapaq mütləq götürülməlidir.

Bunun əsas səbəbi makaronun bişərkən nişasta buraxmasıdır. Nişasta suyun səthində köpük əmələ gətirir. Qazanın qapağı bağlı olduqda köpük sürətlə yüksəlir və suyun daşmasına səbəb ola bilər. Nəticədə qaynar su ocağa tökülərək mətbəxdə ciddi qarışıqlıq yarada bilər.

Bundan başqa, makaronun bişmə prosesində vaxtaşırı qarışdırılması da tövsiyə olunur. Bu, makaronların bir-birinə yapışmasının qarşısını almağa kömək edir və qapağın açıq saxlanması üçün başqa bir səbəbdir.

Jalə