Həkim trombozun ən xarakterik əlamətlərini açıqlayıb.
Hematoloq Radion Tarnovski bildirib ki, dərin vena trombozu zamanı əsasən ətraflardan birində şişkinlik, ağrı və patoloji təzyiq hissi yaranır. Eyni zamanda dərinin rəngi və hərarəti dəyişir. Ağciyər arteriyasının tromboemboliyası zamanı isə qəfil təngidənfəslik, döş qəfəsində ağrı, tez-tez ürəkdöyünmə, kəskin zəiflik və huşun itirilməsi müşahidə edilə bilər. Belə hallarda təcili tibbi yardıma müraciət etmək lazımdır.
Mütəxəssis vurğulayıb ki, qanın rəngi, başağrısı və ya yorğunluq kimi əlamətlərə əsasən qanın qatılaşmasını təyin etmək doğru deyil. Riskləri yalnız həkim analizlər əsasında qiymətləndirə bilər.
Yəni trombozun əlamətləri qəfil üzə çıxır və belə hallarda həkimə getmək həyati əhəmiyyət kəsb edir.


