YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal Özəl

Ona "içmə" deyən arvadını döydü

Ona içmə deyən arvadını döydü

Masallı rayonunda 32 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Masallı rayonunun kəndlərindən birində baş verib. 1994-cü il təvəllüdlü Telman kənddə yerləşən özünə məxsus fərdi yaşayış evində həyat yoldaşı Pərvanə (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, Pərvanənin ona spirtli içki qəbul etməsi ilə bağlı irad bildirməsi səbəbindən aralarında ailə-məişət zəminində mübahisə yaranıb. Mübahisə zamanı Telman həyat yoldaşının baş nahiyəsinə yumruqla qəsdən zərbə endirərək ona xəsarət yetirib.

Telman barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Telman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində həyat yoldaşı ilə barışdığını bildirib. Zərərçəkmiş də əri ilə barışdığını təsdiqləyib və ona qarşı şikayətinin olmadığını deyib.

Masallı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Telman cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

Fariz Məlikli

Editor
Redaktor