Şou-biznes

"Acemi Cadı"nın Cereni illər sonra: Yeni peşəsi ilə diqqət çəkdi - FOTOLAR

Acemi Cadının Cereni illər sonra: Yeni peşəsi ilə diqqət çəkdi - FOTOLAR

2006-cı ildə yayımlanan "Acemi Cadı" serialı bir dövrün ən çox yadda qalan gənclik layihələrindən biri olub. Serialda Ayşegül obrazını Merve Boluğur canlandırarkən, Dicle Alkan da qızıl saçları və zarafatları ilə yadda qalan Ceren obrazına həyat verib.

Demokrat.az xəbər verir ki, Ceren serialda ən rəngarəng personajlardan biri olub. Hadisələrin ən gərgin anlarında belə zarafatları ilə ətrafındakıları güldürməyə çalışan Cerenin başına gələn müxtəlif hadisələr də serialın komik səhnələrini formalaşdırıb. O, bir neçə bölümdə sehr dünyasına qarışması nəticəsində fərqli heyvanlara çevrilməsi ilə də tamaşaçıları əyləndirib.

Müjdat Gezen Sənət Mərkəzinin Teatr bölməsinin məzunu olan Dicle Alkan "Acemi Cadı" ilə yanaşı "Belalı Baldız" və "Sevgili Babam" kimi layihələrdə də rol alıb. Buna baxmayaraq, aktrisa geniş tamaşaçı auditoriyasının yaddaşında əsasən Ceren obrazı ilə qalıb.

İllər ərzində Alkanın görünüşündə də ciddi dəyişiklik baş verib. Serialdakı qabarıq qızılı saçları ilə tanınan aktrisa sonrakı illərdə fərqli saç rəngləri və üslubları ilə diqqət çəkib. Onun yeni fotoları "Acemi Cadı"nın köhnə izləyicilərində nostalji hisslər yaradıb.

Televiziya ekranlarından uzun müddətdir uzaq olan Dicle Alkan isə fəaliyyətini tamamilə dayandırmayıb. Aktyorluq və teatrla yanaşı, o, DJ kimi də fəaliyyət göstərir.

Beləliklə, illər əvvəl "Acemi Cadı"da məktəbli Ceren obrazı ilə tanınan Dicle Alkan bu gün həm görünüşü, həm də seçdiyi yeni peşə ilə keçmiş tamaşaçıların diqqətini çəkir.

Acemi Cadının Cereni illər sonra: Yeni peşəsi ilə diqqət çəkdi - FOTOLAR

Acemi Cadının Cereni illər sonra: Yeni peşəsi ilə diqqət çəkdi - FOTOLAR

Jalə