“Son illər gənclər arasında qəfil ürək tutmalarının artması çox ciddi narahatlıq doğurur. Bu halların əsas səbəblərindən biri yaşam tərzinin kəskin dəyişməsidir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında kardioloq Firudin Qurban bildirib.
O qeyd edib ki, az hərəkətlilik, uzunmüddətli stress və qeyri-sağlam qidalanma ürək-damar sisteminə ağır yük salır:
“Xüsusilə enerji içkiləri, siqaret və elektron siqaretlər gənclərdə ürək ritm pozğunluqlarını çoxaldır. Yuxu rejiminin pozulması və davamlı gərginlik orqanizmin bərpasına mane olur, nəticədə ürək əzələsində zəifləmə və elektrik sabitsizliyi yaranır. Digər mühüm amil genetik meyillilikdir, yəni ailəsində ürək xəstəliyi olan şəxslər daha yüksək risk daşıyır. Qidalanmada duz, yağ və şəkərin çoxluğu da damarların sərtləşməsinə, təzyiqin yüksəlməsinə və ürəyin həddindən artıq yüklənməsinə səbəb olur. Təəssüf ki, bir çox gənc profilaktik müayinədən keçmir, halbuki bu, erkən mərhələdə riskləri aşkarlamağa kömək edir”.
Həkim diqqətə çatdırıb ki, idman etməmək və ya əksinə, nəzarətsiz ağır idman yüklənməsi də qəfil ürək dayanmasının səbəblərindəndir:
“Son dövrlər COVID-19 sonrası ürək zədələnmələri də gənclərdə bu riski artıran amillərdən biridir. Əlavə olaraq, psixoloji təzyiq və sosial gərginlik ürək ritminə və damar tonusuna mənfi təsir göstərir. Qarşısını almaq üçün düzgün qidalanma, fiziki aktivlik, stressin azaldılması və ildə azı bir dəfə kardioloji müayinə vacibdir. Unutmayaq ki, ürək tutmaları adətən xəbərdarlıq etmədən gəlir, amma sağlam həyat tərzi bu riski minimuma endirə bilər”.
Leyla Turan
Demokrat.az