“Paytaxt avtobuslarında artan sərnişin sıxlığı təkcə interval məsələsi ilə izah olunmur. Bu problem daha çox şəhər nəqliyyatı sisteminin ümumi koordinasiyası ilə bağlıdır”.
Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.
O əlavə edib ki, marşrut şəbəkəsi yenidən optimallaşdırılmalıdır, çünki bəzi xətlər bir-birini təkrarlayır:
“Tələbat çox olan istiqamətlərdə avtobus sayı artırılmalı, az istifadə olunan marşrutlar yenidən nəzərdən keçirilməlidir. Avtobus parkının yenilənməsi də vacib amildir. Daha iri, komfortlu və ekoloji baxımdan təmiz avtobuslar istifadəyə verilməlidir. Yol hərəkətinin sıxlığı da problemə təsir edən əsas faktorlardandır. Tıxaclar avtobusların qrafikini pozur və nəticədə dayanacaqlarda sərnişin yığılması müşahidə olunur. Buna görə də avtobus zolaqları genişləndirilməli və ağıllı svetofor sistemləri tətbiq edilməlidir. Sərnişinlər avtobusların hərəkətini real vaxtda izləyə bilsələr, dayanacaqlarda yığılma azalacaq. Metro və digər ictimai nəqliyyat növləri ilə əlaqələndirilmiş vahid sistem yaradılmalıdır. Yalnız bu cür kompleks yanaşma nəticəsində paytaxt avtobuslarında sərnişin sıxlığını real şəkildə azaltmaq mümkün olacaq”.
Leyla Turan
Demokrat.az