Azərbaycan və Türkiyə prezidentləri gələn ilin yazında keçiriləcək VIII Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün İrəvana dəvət olunublar. Bu barədə xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə bildirib.
Məsələ ilə bağlı Demokrat.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Ermənistan tərəfindən Azərbaycan və Türkiyə prezidentlərinin gələn il İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin toplantısına dəvət olunması gözlənilən idi:
“Hələ bu il keçirilən toplantıda növbə Ermənistana çatdığında bu ehtimallar önə sürülürdü. Bu ilk növbədə onunla bağlıdır ki, Ermənistan özünü sülh tərəfdarı kimi göstərmək üçün belə bir addım atmağa çalışacaq.
Əgər bu, Türkiyə və Azərbaycan tərəfindən qəbul olunacaqsa, Ermənistana müsbət divident gətirəcək. Olmayacağı təqdirdə Ermənistan özünün sülh tərəfdarı kimi təbliğatını aparacaq və Azərbaycanla Türkiyəni qınaq obyektinə çevirmək cəhdləri də ola bilər.
Azərbaycan Ermənistanı COP-29-a dəvət etsə də, onlar bu tədbirə qatılmadılar. Bu həm də Ermənistanın zərərinə işlədi. Prinsipcə belə bir dəvət olacaqsa, belə bir toplantıda iştirak üçün müəyyən şərtlər olmalıdır.
İlk olaraq Azərbaycan Prezidentinin İrəvanda bu toplantıda iştirakı üçün mütləq iki ölkə arasında sülh müqaviləsi imzalanmalıdır, ən azı konstitusiya dəyişikliyi olmalıdır. Bunlar olsa, o zaman tədbirdə iştirak üçün ciddi maneələr qalmır. Əks halda Azərbaycanı tədbirdə XİN naziri, yaxud digər rəsmi şəxslər təmsil edə bilər”.
Cavidan Mirzəzadə
Demokrat.az