YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes Özəl

Türk müğənni 10 illik sevgilisi ilə evləndi – FOTOLAR

Türk müğənni 10 illik sevgilisi ilə evləndi – FOTOLAR

Türkiyəli müğənni Derya Uluğ təxminən 10 ildir münasibətdə olduğu musiqiçi Asil Gök ilə ailə həyatı qurub.

Demokrat.az xəbər verir ki, cütlüyün toyu noyabrın 25-də İstanbulda baş tutub. Musiqi və şou-biznes dünyasından çoxsaylı tanınmış simaların qatıldığı mərasimdə yeni evlənənlərin xoşbəxt anları diqqət çəkib.

Cütlük evlilik yolunda ilk addımı bu ilin iyun ayında nişanlanmaqla atmışdı. Asil Gök sevgilisinə doğum günündə evlilik təklifi edib. Derya Uluğ həmin vaxt nişan mərasimlərinin sadə və ürəklərincə keçdiyini bildirmişdi.

Toy günü ağ gəlinlikdə mərasimə gələn 40 yaşlı müğənnini bəy Asil Gök qarşılayıb. Cütlüyün bir-birinə sarılaraq yaşadığı romantik anlar mərasim iştirakçılarının kameralarına da düşüb.

Cütlüyün nikah şahidləri keçmiş futbolçu Mesut Özil, prodüser Polat Yağcı və Samsun Demir olub. Toyda Demet Özdemir, Bengü, Cenk Tosun, İdo Tatlıses, Demet Akalın, Murat Dalkılıç, Reynmen və digər tanınmış şəxslər iştirak ediblər.

Gecədə Serdar Ortaç, Emre Altuğ və bir sıra sənətçilər səhnəyə çıxaraq qonaqlar qarşısında çıxış ediblər.

Qeyd edək ki, Derya Uluğ "Canavar", "Okyanus" və "Kanunlar Gibi" mahnıları ilə tanınıb.

1 / 5