YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes Özəl

Türkiyədə məşhurlara qarşı narkotik istintaqı: 1 nəfər həbs edildi, 9 nəfər sərbəst buraxıldı - FOTO

Türkiyədə məşhurlara qarşı narkotik istintaqı: 1 nəfər həbs edildi, 9 nəfər sərbəst buraxıldı - FOTO

Türkiyədə tanınmış şəxslərə qarşı aparılan narkotik və fahişəlik istintaqı çərçivəsində saxlanılan şəxslərlə bağlı qərar verilib.

Demokrat.az xəbər verir ki, istintaq çərçivəsində saxlanılan 24 şübhəlidən Ceylan Kaya cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulmasında ittiham olunaraq həbs edilib.

Digər 9 şübhəli məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Daha 14 nəfərin isə saxlanma müddəti uzadılıb.

Saxlanma müddəti artırılan şəxslər yenidən polis idarəsinə aparılıb. Onların arasında İbrahim İzzet Özilhan, Pınar Bent, Mehmet Can Karcı, Meltem Özkayadan, Cansu Taşkın, Özden Cerrahoğlu, Muammer Kapucuoğlu və digər şəxslər var.

İstanbul Baş Prokurorluğunun məlumatına görə, istintaq qaçaqmalçılıq, narkotik və iqtisadi cinayətlərlə mübarizə bölməsi tərəfindən aparılır. Şübhəlilərin ifadələri, şahidlərin dindirilməsi, götürülən mobil telefonlar və digər rəqəmsal materialların ekspertiza nəticələri, eləcə də məxfi şahidlərin ifadələri əsasında ümumilikdə 35 nəfər barəsində saxlanılma qərarı verilib.

Qeyd edək ki, saxlanılan 24 şübhəli gecə saatlarında Məhkəmə-Tibbi Ekspertiza İnstitutunda narkotik testindən keçirilib. Daha sonra tibbi müayinədən keçirilən şəxslər İstanbulun Çağlayan rayonundakı Ədliyyə Sarayına aparılıblar.

Baş Prokurorluq istintaqın bütün istiqamətlər üzrə davam etdirildiyini açıqlayıb.

Türkiyədə məşhurlara qarşı narkotik istintaqı: 1 nəfər həbs edildi, 9 nəfər sərbəst buraxıldı - FOTO