YapiKredi Müraciət Forması
Mazda CX-5
İqtisadiyyat

DSX atlar üçün bir milyon manatlıq yem alır

DSX atlar üçün bir milyon manatlıq yem alır

Dövlət Sərhəd Xidməti yeni tender elan edib.

Demokrat.az Xitab24.az-a istinadən xəbər verir ki, elan olunan tender xidməti atlara verilən yemlərlə bağlıdır.

Söhbət 530.000 kq yemlik arpanın, 150.000 kq vələmirin və 700.000 kq yonca otunun alınmasından gedir.

Bunun üçün tenderin ehtimal olunan qiyməti 1.030.230,00 AZN-dir.

Qeyd edək ki, təkliflərin son təqdim olunma tarixi və 11 yanvar 2027-ci ildir.