Hacıqabul-Bəhrəmtəpə avtomagistralının kənarında yerləşən iaşə obyektinin sahibinin yol ətrafını abadlaşdırdığına görə cərimələndiyi iddia olunur.
Demokrat.az xəbər verir ki, AvtoStop Sürücü Portalının yaydığı məlumata görə, obyekt sahibi ərazinin qarşısına qırmadaş (çınqıl, şeben) tökdüyü və yol kənarını abadlaşdırdığı üçün AAYDA və AYMX əməkdaşları tərəfindən cərimələnir.
Bildirilib ki, AvtoStop Sürücü Portalı dəfələrlə avtomobil yollarının dağıdılması ilə bağlı məlumatlar yayımlasa da, bununla bağlı müvafiq tədbirlərin görülmədiyini iddia edir.
Hazırda Bakı-Salyan və Bakı-Hacıqabul yollarının da bərbad vəziyyətdə olduğu qeyd olunur.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.



