YapiKredi Müraciət Forması
Mazda CX-5
Təhsil

20 ruandalı tələbə Azərbaycanda ali təhsil alacaq

20 ruandalı tələbə Azərbaycanda ali təhsil alacaq

2026–2027-ci tədris ilində 20 nəfər Ruanda vətəndaşı Azərbaycanda ali təhsil almaq imkanı əldə edib.

Demokrat.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, tələbələrin Azərbaycanda təhsil alması iki ölkənin elm və təhsil qurumları arasında imzalanmış əməkdaşlıq sazişi çərçivəsində həyata keçiriləcək.

Proqram iştirakçıları bakalavriat səviyyəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Tibb Universitetində təhsil alacaqlar.

Ruandalı tələbələrin seçdiyi ixtisaslar texniki və texnoloji, eləcə də əsas (baza ali) tibb istiqamətlərini əhatə edir.