YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes

"Yeraltı"na yeni aktyor gəlir — FOTO

Yeraltına yeni aktyor gəlir — FOTO

Türkiyəli aktyor Onur Akbayın yeni layihəsi bəlli olub. "Sıfır Bir" serialında canlandırdığı Cihat obrazı ilə tanınan aktyor bu dəfə "Yeraltı" serialında rol alacaq.

Akbay NOW telekanalında yayımlanan ekran işinin aktyor heyətinə qoşulub. O, serialın 24-cü bölümündən etibarən Behram obrazında tamaşaçıların qarşısına çıxacaq.

Yeni obrazın hadisələrin gedişinə ciddi təsir göstərəcəyi gözlənilir. Belə ki, Behram süjetə Bozo və Rüzgarın qarşısında dayanan rəqib kimi daxil olacaq. Onun gəlişi ilə serialdakı münasibətlərin və güc balansının dəyişəcəyi ehtimal olunur.

Yeraltına yeni aktyor gəlir — FOTO

Qeyd edək ki, baş rollarını Uraz Kaygılaroğlu, Devrim Özkan və Deniz Can Aktaşın ifa etdiyi "Yeraltı" serialı hər həftənin çərşənbə axşamı günü yayımlanır.

İsmayıl

Editor
Redaktor