YapiKredi Müraciət Forması
Mazda CX-5
Cəmiyyət Özəl

Hamıya "hə" deyib özümüzə "yox" deyirik – Bunun səbəbi nədir?

Hamıya hə deyib özümüzə yox deyirik – Bunun səbəbi nədir?

İstəmədiyimiz bir dəvəti qəbul edir, vaxtımız olmadığı halda kiminsə xahişini yerinə yetirir, yorğun olsaq da başqalarını məyus etməmək üçün razılaşırıq. Sonra isə özümüzə sual veririk: Bəs niyə "yox" deyə bilmədik?

Demokrat.az xəbər verir ki, bu davranışın arxasında başqalarının fikrindən həddindən artıq asılı olmaq, rədd edilmək qorxusu və günahkarlıq hissi dayana bilər.

Ən böyük səbəb kimisə incitmək istəməməyimizdir. Bəzən qarşı tərəfin narazı qalacağından qorxaraq öz istəyimizi arxa plana keçiririk. "Birdən məndən inciyər", "Haqqımda nə düşünər?" kimi suallar qərarlarımıza təsir edir.

Digər tərəfdən, hər kəsin rəğbətini qazanmağa çalışan insanlar öz sərhədlərini qorumaqda çətinlik çəkirlər. Onlar başqalarının rahatlığını öz rahatlıqlarından üstün tutduqca yorulur, narahatlıq keçirir və zamanla daxili narazılıq yaşayırlar.

Bəs çıxış yolu nədir?

İlk növbədə, hər xahişə razılıq verməyin məcburiyyət olmadığını qəbul etmək lazımdır. İmtina edərkən uzun-uzadı bəhanələr gətirməyə ehtiyac yoxdur. "Bu dəfə mümkün deyil", "Vaxtım yoxdur" demək kifayətdir.

Unutmayın, hər kəsi məmnun etmək mümkün deyil. Başqalarını itirməmək naminə özünüzü itirməyin. Çünki bəzən insanın özünə edə biləcəyi ən böyük yaxşılıq vaxtında "yox" deməyi bacarmasıdır.