İlahə Fərmanlı 292 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyin edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 2016-cı ildən pedaqoji fəaliyyətlə məşğul olan İlahə Fərmanlı bu təyinata qədər 76 nömrəli tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, noyabrın 27-də saat 15:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılacaq.
Namizədlər dekabrın 4-ü saat 17:00-dək miq.edu.az/direktor portalı vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.



