YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya Özəl

Ərdoğan Haftarla görüşdü: Liviyanı hansı gələcək gözləyir? – VİDEO

Ərdoğan Haftarla görüşdü: Liviyanı hansı gələcək gözləyir? – VİDEO

Prezident Ərdoğan Liviya Milli Ordusunun Baş Komandanı Xəlifə Haftarı prezident sarayında qəbul edib.

Demokrat.az-ın məlumatına görə, görüş Ankarada Külliyye sarayında, mətbuatdan kənar qapalı qapılar arxasında baş tutub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Ordusunun baş komandanı, marşal Xəlifə Haftarı və onu müşayiət edən nümayəndə heyətini qəbul etdi.

Görüşdə həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlu, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak edirdilər.

Xatırlatmaq lazımdır ki, Xəlifə Haftar həmişə "Moskvanın adamı" olub və Rusiyanın hərbi-siyasi dəstəyi sayəsində Liviyanın böyük bir hissəsinə nəzarət edir.

Liviyanın digər bir hissəsi – müvəqqəti milli hökumət – Türkiyə tərəfindən dəstəklənir. Bu günə qədər Türkiyənin silahlı qüvvələri və kəşfiyyat xidmətləri Liviya hökumətinə hərtərəfli dəstək göstərir. Hazırda Liviyada yüksək rütbəli türk zabitlərindən ibarət bir qrup mövcuddur və onlar Liviya təhlükəsizlik qüvvələrinin işini və bütün əməliyyatlarını idarə edirlər.

Haftarın Ankaraya səfəri, Rusiyanın eynən Suriyada olduğu kimi – regiondan geri çəkilmək məqsədilə, paytaxta və beynəlxalq səviyyədə tanınan Liviya hökumətinə nəzarət edən Türkiyə ilə kompromis axtarışında olduğunu göstərir.

Haftar ilə Türkiyə rəhbərliyi arasındakı danışıqların təfərrüatları hələ açıqlanmayıb, lakin son hadisələr, o cümlədən Ukrayna cəbhəsində vəziyyətin getdikcə mürəkkəbləşməsi və xüsusilə də Ukrayna Silahlı Qüvvələrinin pilotsuz kater-kamikadze vasitəsilə Rusiyanın Benqazi limanında lövbər salmış "Merkuriy" korvetinə endirdiyi zərbə, Moskvanın tezliklə öz hərbi kontingentini Liviyadan çıxaracağına işarə edir.

Analizlər onu göstərir ki, Rusiya Liviyada vətəndaş müharibəsinin başlamasından bəri öz maraqlarına sadiqliklə xidmət etmiş Xəlifə Haftarı taleyinin ixtiyarına buraxmamaq üçün, bir tərəfdən liviyalı generalın ordusunu Ankaranın nəzarətinə verməyə çalışır, digər tərəfdən isə regionda öz maraqlarının qorunacağına dair təminatlar əldə etməyə cəhd göstərir.

Böyük ehtimalla Liviya ilə bağlı yekun qərar Rusiya və Türkiyə rəhbərlikləri arasında baş tutacaq birbaşa təmaslardan sonra qəbul ediləcək.

Alparslan