YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya Özəl

Rusiyanın sərnişin təyyarəsində bomba həyəcanı - Təcili eniş etdi

Rusiyanın sərnişin təyyarəsində bomba həyəcanı - Təcili eniş etdi

Rusiyanın "Rossiya" aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtədə partlayıcı qurğunun olması barədə məlumatdan sonra istiqamətini dəyişərək təcili eniş edib.

Demokrat.az xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Soçidən Samaraya uçan təyyarənin göyərtəsində bomba olduğu barədə xəbərdarlıq uçuş zamanı aviaşirkətin elektron poçtuna göndərilib.

Bundan sonra məlumat təyyarənin həmin vaxt üzərində olduğu ərazinin dispetçer xidmətinə – Aktobe hava hərəkətini idarəetmə mərkəzinə çatdırılıb. Dispetçerlər təhlükə barədə dərhal pilotları məlumatlandırıblar.

Təyyarə marşrutunu dəyişərək təhlükəsiz şəkildə başqa şəhərdə eniş edib. Göyərtədə aparılan yoxlama zamanı isə heç bir partlayıcı qurğu aşkarlanmayıb.