"Hazırda mövcud reallıq odur ki, bəzi ucqar kənd və rayonlarda fəaliyyət göstərən məktəblərdə müəllim çatışmazlığı mövcuddur. Ötən ilin illik hesabatında bu məsələ əksini tapmışdı. Həmin hesabatda qeyd olunurdu ki, həm məktəblərdə, həm təhsil müəssisələrində, eləcə də ucqar rayon və kəndlərdə müəllim çatışmazlığı var".
Bunu Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
O, bildirib ki, bir sıra tibbi müəssisələrdə də regionlarda həm müəllim, həm həkim çatışmazlığı müşahidə olunur:
"Əvvəlki dövrlərdə ucqar kənd rayonlarında pedagogik fəaliyyət göstərən müəllimlər üçün mənzil şəraitinin yaxşılaşdırılması və ya torpaq sahələrinin verilməsi kimi imtiyazlar tətbiq olunurdu. İndiki dövrdə də belə imtiyazların verilməsi olduqca məqsədəuyğun hesab olunur. Bakı şəhəri və mərkəzi rayonlarda işləməyən, ucqar rayonlarda fəaliyyət göstərən müəllimlər üçün əlavə imtiyazların tanınması onların təşviqi və motivasiyası baxımından faydalı ola bilər".
Deputatın bildirib ki, eyni prinsip həkimlər və digər ixtisaslı personal üçün də tətbiq oluna bilər:
"Ucqar rayon və kəndlərdə həmin tip müəssisələrdə fəaliyyət göstərən həkimlər və orta ixtisaslı işçilər üçün əlavə imtiyazların nəzərdə tutulması yalnız faydalı olar".
Onun sözlərinə görə, ötən ildə bu mövzu ilə bağlı mövqe bildirilmişdi:
"65 yaşa çatmış müəllimlər və həkimlərin imperativ qaydada təqaüdə göndərilməsi məsələsinə yenidən baxıla bilər. Müəyyən şərtlər daxilində, əgər onlar pedagogik və ya tibbi fəaliyyət göstərmək imkanına malikdirsə, bu şəxslərin 65 yaşdan sonra könüllü olaraq 70 yaşa qədər işləmək imkanlarının tanınması məqsədəuyğun olar".
Deputatın sözlərinə görə, bu yanaşma həm onların təcrübəsinin yeni gənc müəllim və həkimlərə ötürülməsinə imkan yaradacaq, həm də pedagoji və tibbi sahədə Azərbaycan insanına xidmət göstərmək baxımından faydalı olacaq:
"Beləliklə, 65 yaşdan sonra işləmək imkanlarının tanınması həm təcrübənin qorunması, həm də ucqar rayon və kəndlərdə kadr çatışmazlığının aradan qaldırılması üçün məqsədəuyğundur".
Əfsanə Kamal
Demokrat.az