Qida zənciri dəyişdi: "Alıcılar balığa üz tutdu"

GÜNDƏM 27 oktyabr 2025, 19:55
“Ət qiymətlərinin artması təkcə ət bazarına təsir etmir, digər qida məhsullarına da dolayısı ilə təsir göstərir. İnsanlar ət bahalaşanda daha çox alternativ protein mənbələrinə, xüsusilə balığa yönəlirlər”. 

Bunu Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Elçin Məmmədov deyib.

O əlavə edib ki, bu, balığa olan tələbatı artıraraq onun qiymətində də artım yarada bilər:

“Balıq istehsalını dərhal artırmaq mümkün deyil, çünki bunun üçün vaxt, su resursları və planlama lazımdır. Tələbat artanda bazarda qiymət artımı yaranır və istehlakçılar üçün seçimlər azalır. Balıqçılıq və akvakultura sahəsi bu vəziyyətdən istifadə edərək məhsulların qiymətini saxlaya bilər. Qiymət artımı həmçinin kənd təsərrüfatı məhsullarının ümumi qiymətinə təsir edir. Alternativ protein mənbələri, məsələn dəniz məhsulları və bitki əsaslı qidalar, daha çox önə çıxır. İnsanlar daha çox balıq aldıqca, qida təhlükəsizliyi və balanslı qidalanma məsələləri də aktuallaşır. İxrac və idxal siyasəti də bazarda qiymətlərin formalaşmasına təsir edir. Ət və balıq arasında bu qarşılıqlı təsir uzunmüddətli planlama tələb edir. Ət bahalaşanda balıq qiymətləri də qalxa bilər və qida bazarında balansın qorunması önəmli olur”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 oktyabr 2025, 21:30
Top