“Onlara 2 ev vermişəm, siz öz dərdinizi çəkin!”

GÜNDƏM 27 oktyabr 2025, 16:57
Deputat Elman Nəsirov ilk nikahından doğulan qızı olan Laləzar Əliyevanın ittihamları ilə bağlı növbəti dəfə açıqlama verib.

Demokrat.az bildirir ki, deputat bu barədə "Baku TV"yə danışıb.

O qeyd edib ki, məişət zəmnində bu prosesin başlanması üçün heç bir motiv, heç bir əsas yoxdur: "Ola bilər ki, deputat olasan, qızının evi olmaya, çöllərdə qala?! Məntiqsizliyi görmürsünüz?" Ödədiyim alimentin də qiyməti 850 manat olub. Siz deyirsiniz ki, gərək qızı ilə bağlı çıxıb həqiqəti deyəydi. İnsanın nankorluğu görəndən sonrakı reaksiyasını başa düşün. Üstəlik, gecə-gündüz dövlətə, dövlətçiliyə xidmət edən, mövqeli insan olasan. Kimlərsə hesab edər ki, mən sındım, zəiflədim və s. Yox! Qətiyyən! Mən bundan sonra dövlətimizin düşmənləri ilə daha güclü, daha inadcıl mübarizə aparacağam".

E.Nəsirov bildirib ki, ilk nikahdan olan qızının ata-babadan qalma 3-4 evi var: "Bunu çox tirajlayırlar ki, deputatın qızı çöllərdə qalıb. Onların ata-babadan qalma 3-4 evləri var. Nərimanov rayonunda Firdovsi Məmmədov küçəsində 3 otaqlı bir ev, 1 otaqlı da bir ev gələn il istifadəyə veriləcək. O evlər də onlarındır. Yəni mənzillə, evlə bağlı problem yoxdur. Mən hətta özünü ürəyi yanırmış kimi danışanlara üzümü tutub deyirəm ki, yazıqsınız, özünüz kirayədə yaşayırsınız, gedin öz halınıza yanın, öz dərdinizi çəkin. Evləri də, eşikləri də var. Sadəcə öyrədirlər, istiqamətləndirirlər, Elman Nəsirov ki bu qədər prinsipial, qətiyyətli mövqeyə malikdir, bəs bunda necə zəif nöqtə tapaq?!"

Qeyd edək ki, son günlərdə L.Əliyeva adlı sosial şəbəkə istifadəçisi "TikTok"da video paylaşaraq deputat Elman Nəsirovun qızı olduğunu qeyd edib və ondan ata kimi qayğı görmədiyini vurğulayıb. E.Nəsirov isə onun açıqlamasının həqiqətə uyğun olmadığını bildirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top