“Əcnəbilərlə ailə quran qızların seçiminə qarışmaq olmaz”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə son zamanlar əcnəbilərlə ailə quranların tənqid edilməsindən danışarkən deyib.
O bildirib ki, ailə qurmaq məsələsi könüllü və azad olmalıdır:
“Heç kəsi bu məsələdə nə qınamaq, nə də nəyəsə məcbur etmək olmaz. Bu, onların seçimidir və sabah öz seçimləri ilə yaşayacaqlar.
Qızlarımızın kimlə ailə quracaqları onların seçimidir. Ətrafımızda çox sayda gənclər var ki, həm mədəni köklərimizi qoruyurlar, həm də müasirdilər”.
Cavidan Mirzəzadə
Demokrat.az