"Christie’s" hərrac evində fransız avanqard rəssamı İv Kleynin 1961-ci ildə yaratdığı ən böyük monoxrom tablosu “California (IKB 71)” 18,4 milyon avroya (təxminən 36 milyon 308 min manat) satıb.
Axşam.az xəbər verir ki, bu məbləğ Kleynin əsərləri üçün auksion tarixində yeni rekord hesab olunur.
Təxminən 4x2 metr ölçülü tablo xırda çınqıllarla örtülüb və bu, dərin mavi rəngin altında gizlənmiş dəniz dibini xatırladan tekstura effekti yaradır. Əsər rəssamın patentləşdirdiyi xüsusi "International Klein Blue" (IKB) ultramarin tonunda işlənib.
“California” rəssamın ABŞ-yə ilk və son səfərindən az əvvəl yaradılıb. Həmin səfər zamanı o, öz işlərini Nyu-York və Los-Ancelesdə təqdim etmişdi.
Qeyd edək ki, 2013-cü ildə Kleynin mavi rəngə boyanmış süngərlərdən ibarət heykəli "Sotheby’s" hərrac evində 22 milyon dollara satılaraq rəssamın o dövr üçün rekord satış göstəricisi olmuşdu.