İspaniya polisi ölkə millisinin və "Real Madrid"in keçmiş qapıçısı İker Kasilyasın Madriddəki evindən beş bahalı saat oğurlamaqda şübhəli bilinən bir cütlüyü həbs edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Fuentes Informadas" məlumat yayıb.
Məlumata görə, cütlük uzun müddət futbolçunun evində işləyib - qadın ev işlərinə baxıb, kişi isə mühafizəçi olub.
Onlar orijinal saatları saxtaları ilə əvəz ediblər, buna görə də oğurluq dərhal aşkar edilməyib.
Hər biri 50 000 avrodan baha olan bir neçə qızıl "Rolex" modeli sökülərək ayrı-ayrılıqda satılıb ki, bu da onların tapılmasını qeyri-mümkün edib.