"Xüsusən də region məktəblərində dərsliklərlə tam təminat hələ də mümkün olmayıb. Bu istiqamətdə bir sıra problemlər qalmaqdadır. Əsasən çap və logistika ilə bağlı çətinliklər mövcuddur. Dərsliklərin minlərlə şagirdə vaxtında çatdırılması böyük logistika prosesi tələb edir. Bəzən nəşriyyatlar sifarişləri gec yerinə yetirir, bu da paylanma prosesində gecikmələrə səbəb olur".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
"Kitabların bölgələrə paylanması zamanı fərqlər yaranır. Xüsusilə ucqar kənd məktəblərində dərsliklər yeni tədris ilinin əvvəlində hələ çatdırılmamış olur. Bu isə tədrisin gedişinə mənfi təsir göstərir. Əgər Nazirlik logistika və çapla bağlı problemlərin olduğunu düşünürsə, bu məsələləri daha əvvəlcədən həll etməli, eyni zamanda bir neçə nəşriyyatla paralel şəkildə işləməlidir ki, gecikmələr baş verməsin".
O bildirib ki, son illərdə dərsliklərdə tez-tez yenilənmələr edilir, yeni fənlər əlavə olunur, tədris proqramı dəyişir:
"Bu, köhnə dərsliklərin istifadəsini çətinləşdirir və yeni nüsxələrin qısa müddətdə hazırlanmasına ehtiyac yaradır. Əgər bu proseslər vaxtında icra olunsa, dərslik çatışmazlığı problemi yaşanmaz.Bəzən məktəblərdə şagird sayı əvvəlcədən planlaşdırılandan çox olur, nəticədə ayrılan dərslik sayı yetərli olmur. Bu problem xüsusilə paytaxt və iri şəhərlərdə daha çox müşahidə edilir. Nazirlik belə spontan halları da nəzərə almalıdır.Digər tərəfdən, bəzi şagirdlər dərs ilinin sonunda kitabları geri qaytarmır və ya yararsız vəziyyətdə təhvil verirlər. Nəticədə növbəti il üçün dövriyyədə olan dərsliklərin sayı azalır".
Ekspert deyib ki, son illər ölkədə rəqəmsal məktəb layihəsi həyata keçirilir:
"Bu baxımdan dərsliklərin elektron versiyalarının istifadəsi vacibdir. Logistika sistemi də rəqəmsallaşdırılmalıdır ki, hansı məktəbdə neçə şagirdin oxuduğu və nə qədər dərsliyə ehtiyac olduğu əvvəlcədən müəyyən edilsin. Şagirdlərdə kitabların qorunması mədəniyyəti formalaşdırılmalı, Elm və Təhsil Nazirliyi ilə nəşriyyatlar arasında müqavilələrin vaxtında və şəffaf şəkildə bağlanmasına diqqət yetirilməlidir.Dərsliyin və ya tədris vəsaitinin olmaması şagirdlərin mövzular üzrə geridə qalmasına, tədrisin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Buna görə də bu məsələ ciddi şəkildə nəzarətdə saxlanmalıdır".
Əfsanə Kamal
Demokrat.az