Hokkaydo (Yaponiya) sahillərində 5.8 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, zəlzələnin episentri Nemuro şəhərindən 36 km cənub-şərqdə, 41 km dərinlikdə yerləşib.
İtkilər və ya dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.