Bakının Xəzər rayonunda 1982-ci il təvəllüdlü Səyyad çayxanada dava salıb, yaxınlıqda olan qadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin noyabrın 16-da rayonun Binə qəsəbəsində baş verib. Füzuli rayon sakini Səyyad həmin gün saat 22:00-da qəsəbəsi ərazisində fəaliyyət göstərən “Ağ saray” adlanan obyektdə yerləşən çayxanada yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində həmin obyektin gözəllik salonunda işləyən Kəmaləyə heç bir əsaslı səbəb olmadan təhqiramiz ifadələr işlədib.
O, zərərçəkmiş şəxsin də ona kobud təhqiramiz formada cavab qaytarmasını cüzi səbəb kimi bəhanə edib və mübahisə yaradıb. Yaranmış mübahisə zamanı Səyyad qadını təhqir edib.
Daha sonra onun boğazından yapışaraq silkələyib, təpiklə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Səyyadın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, noyabrın 16-da yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra dostları ilə çay içmək üçün Binə qəsəbəsində Akifin çayxanası kimi tanınan yerə gedib: “Orada olarkən Akif ilə bir məsələ barədə söhbət edən zaman Kəmalə ona yaxınlaşdı və onu kənara çağırdı. Akif mənimlə söhbəti yarıda kəsdi və həmin xanımın yanına getdi. Mən də Akifin bu hərəkətindən qəzəblənərək ona irad bildirdim. Bu vaxt Kəmalə də mənə irad bildirdi. Bu səbəbdən də mənimlə onun arasında mübahisə yarandı. Daha sonra Kəmalə mənim ünvanıma nalayiq ifadə işlətdi. Bu səbəbdən də onun arxası ilə getdim. Boğazından tutaraq silkələdim. Mənim Kəmaləni vurmaq niyyətində olmamışam”.
İş üzrə zərərçəkmiş Kəmalənin sözlərinə görə, Binə qəsəbəsində olan obyektin içərisində yerləşən gözəllik salonunda bir nəfər müştərinin səhhətinin pisləşməsini görüb: “Bu barədə obyektin sahibi Akif müəllimə məlumat vermək üçün həmin obyektin içərisində yerləşən kafeyə keçdim. Bu vaxt Akif əvvəllər tanımadığım, sonradan adının Səyyad olduğunu bildiyim şəxs ilə söhbət edirdi. Mən Akifə yaxınlaşaraq kənara gəlməsini xahiş etdim, onunla vacib sözünün olmasını bildirdim. Bu vaxt Akif buna etiraz etmədən mənə tərəf gəlmək istədi. Səyyad Akifə qarşı təhqir işlədərək getməməsini bildirdi. Daha sonra mənim ünvanıma təhqir işlətdi. Mən də Səyyadın işlətdiyi təhqirləri onun özünə və ailə üzvlərinə şamil etməsini dedim. Bundan sonra Səyyad ayağa duraraq üzərimə tərəf gəldi və boğazımdan tutaraq təhqirlər işlətdi. Həmin vaxt Akif, Zakir və adını bilmədiyim bir nəfər şəxs bizi ayırdılar”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Səyyad 9 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb.
Təqsirləndirilən şəxsin yaşadığı Binə qəsəbəsi, 2 nömrəli yataqxanadakı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsi qadağan olunub. Ona bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb.
Bu müddətdə təqsirləndirilən şəxsin Bakı şəhəri ərazisini tərk etməsi qadağan olunub. Məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az