Bakının Nərimanov rayonunda 35 yaşlı kişi sevgili münasibətində olduğu qadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 21 fevral 2026-cı il tarixində Nərimanov rayonunda, Ziya Bünyadov prospektində baş verib.
Cəlilabad rayon sakini, 1991-ci il təvəllüdlü Tərlan həmin ünvanda nömrəsiz evdə birgə yaşadığı Züleyxa (adlar şərtidir – red.) ilə mübahisə edib. Mübahisə zamanı o, Züleyxanın çiyin nahiyəsinə qəsdən bir yumruq zərbəsi vuraraq ona xəsarət yetirib.
Tərlan barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs qismində ifadə verən Tərlan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını bildirib.
Zərərçəkmiş Züleyxa da ifadəsində Tərlanla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Tərlan cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işi üzrə icraata xitam verilib.


