Bakıda 31 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.
Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Camal (ad şərtidir – red.) sevgili münasibətində olduğu Ruhiyyəyə (ad şərtidir – red.) xəsarət yetirib.
"Rəvan dedi ki, açıq-saçıq şəkillərini at, mən də göndərdim" - Qarajdakı hadisənin detalları
Bakıda qadın ərini dişlədi, kişi də onu polisə verdi
"Arxa oturacaqda əxlaqsızlıq edərkən gördüm ki, iki nəfər əllərində telefonla maşına yaxınlaşırlar"
İstintaq sənədlərinə görə, onlar arasında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb. Bu zaman Camal qəsdən əli ilə Ruhiyyənin sifət nahiyəsinə vuraraq ona xəsarət yetirib.
Camal barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə araşdırması zamanı tərəflərin barışdığı məlum olub. Zərərçəkmiş şəxs Camalı bağışlayaraq ondan şikayətçi olmadığını bildirib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Camal cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib.


