YapiKredi Müraciət Forması
Sosial

Salyan icra başçısı kənd sakinləri ilə görüşdü - FOTOLAR

Salyan icra başçısı kənd sakinləri ilə görüşdü - FOTOLAR

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov vətəndaşların müraciət, təklif və şikayətlərinin dinlənilməsi, mövcud problemlərinin yerində öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə Sarvan kənd tam orta ümumtəhsil məktəbinin binasında kənd sakinləri ilə səyyar qəbul keçirib.

Qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, sosial-iqtisadi inkişaf sahəsində əldə olunan nailiyyətlər, regionların inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, vətəndaş məmnunluğunun təmin edilməsi, sakinlərin müraciətlərinə həssaslıqla yanaşılması və qaldırılan məsələlərin operativ həlli rayon rəhbərliyinin fəaliyyətində əsas prioritetlərdəndir. Bu baxımdan, mütəmadi olaraq təşkil edilən səyyar qəbullar əhalinin qayğı və problemlərinin birbaşa dinlənilməsi, onların həlli istiqamətində çevik tədbirlərin görülməsi, eləcə də vətəndaşlarla yerli icra strukturları arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səyyar qəbul zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin bir qismi ilə bağlı aidiyyəti üzrə dərhal müvafiq tapşırıqlar verilib. Əlavə araşdırma və müvafiq tədbirlərin görülməsini tələb edən müraciətlər isə nəzarətə götürülüb. Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və həlli istiqamətində zəruri tədbirlərin görülməsini tapşırıb.

1 / 7