Gəncədə sərnişin avtobusu ilə TIR markalı yük avtomobilinin iştirakı ilə daha bir yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.
Məlumata görə, "BakuBus"a məxsus 18 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus yük avtomobili ilə toqquşub. İlkin məlumata əsasən, TIR-ın sürücüsü avtobusun düzgün manevr etməməsi səbəbindən onunla toqquşduğunu bildirib.
Xoşbəxtlikdən, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb.
Qeyd edək ki, bundan əvvəl Gəncədə "BakuBus"a məxsus 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarındakı işıqlandırma dirəyinə çırpılıb. Zərbənin təsirindən ağaclar qırılıb, yol nişanı isə sıradan çıxıb.





