Gəncədə sərnişin avtobusu qəzaya uğrayıb.
Demokrat.az xəbər verir ki, hadisə şəhərin Nizami prospektində baş verib.
"BakuBus"a məxsus 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarındakı işıqlandırma dirəyinə çırpılıb. Zərbənin təsirindən ağaclar qırılıb, yol nişanı isə sıradan çıxıb.
Hadisə zamanı avtobusda sərnişinlərin olduğu bildirilir. Xoşbəxtlikdən, qəza nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.









