Abşeron rayonunda 1968-ci il təvəllüdlü Əlvan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Süsənə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 27-də rayonun Masazır qəsəbəsi, “Zəngilan Şəhərciyi” yaşayış kompleksinin arxasında baş verib.
Laçın rayon sakini Əlvan həmin gün saat 17 radələrində yaşadığı “Zəngilan Şəhərciyi” yaşayış kompleksinin arxasında yerləşən fərdi yaşayış evində hələ də bərabər yaşadığı keçmiş arvadı Süsənə ona vaxtında yemək vermədiyinə görə irad bildirib.
Həmin səbəbdən şəxsi münasibətlər zəminində aralarında yaranmış narazılıqla bağlı mübahisə baş verib. Mübahisə əsnasında əsəbiləşərək keçmiş arvadına hücum edib, qəsdən yumruq zərbəsi ilə onun göz nahiyəsindən vurub.
Hadisəni törədən Əlvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Süsəndən əvvəl, yəni 1987-ci ildə Kəmalə ilə ailə həyatı qurun: “Ondan 1998-ci ildə rəsmi qaydada boşanmışam. Həmin evlilikdən 1989-cu il təvəllüdlü bir oğlan övladım var. Süsən ilə 2009-cu ildə ailə həyatı qurmuşam, birgə nigahdan 2010-cu il təvəllüdlü Fərid doğulub. Süsən ilə də 2020-ci ildə məhkəmə tərəfindən rəsmi qaydada boşansam, lakin mənə məxsus olan fərdi yaşayış evində birlikdə yaşamışıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, aprelin 27-də, saat 17 radələrində Süsən ilə birlikdə yaşadığı evdə olarkən ondan yemək hazırlamasını istəyib: “Süsən isə dediklərimə əhəmiyyət verməyib, evdə öz işləri ilə məşğul olmağa başlayıb. Buna görə də Süsənin bu hərəkətindən əsəbiləşdim, onun üzərinə getdim və əlim ilə onun sağ gözündən bir dəfə vurdum. Sonra isə mübahisələrimiz başa çatdı. Mən də gedərək yatdım. Sonra bildim ki, Süsən barəmdə polisə şikayət edib”.
Məhkəmədə həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs ifadələrində barışdıqlarını bildiriblər. Zərərçəkən şikayətçi olmadığını deyib.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib. Həmin məcəllənin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az