YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal Özəl

Çiyin-çiyinə dəydilər deyə dava düşdü, işə polis qarışdı

Çiyin-çiyinə dəydilər deyə dava düşdü, işə polis qarışdı

Bakının Yasamal rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Yeni Yasamal yaşayış massivində baş verib. Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Cəlil yaşadığı binanın blokunda əvvəllər tanımadığı Sadiqlə (adlar şərtidir – red.) ehtiyatsızlıqdan baş vermiş toqquşma səbəbindən mübahisə edib. Mübahisə zamanı o, Sadiqin sol üz nahiyəsinə qəsdən yumruq zərbəsi endirərək ona xəsarət yetirib.

Faktla bağlı Cəlilə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Cəlil elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və vurduğu zərəri tam ödədiyini bildirib.

Zərərçəkmiş Sadiq də ifadəsində Cəlillə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını təsdiqləyib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Cəlil cinayət məsuliyyətindən azad edilib və barəsindəki cinayət təqibinə xitam verilib.

Fariz Məlikli

Editor
Redaktor