YapiKredi Müraciət Forması
Mazda CX-5
Hadisə

Masallıda 4 qadın itin hücumuna məruz qaldı

Masallıda 4 qadın itin hücumuna məruz qaldı

Masallı rayonunun Qızılağac kəndində itin hücumuna məruz qalan 4 qadın xəsarət alıb.

Hadisə noyabrın 16-da baş verib.

TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, it dişləməsi səbəbilə 4 qadın Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edib.

Qeyd edilib ki, onlara zəruri tibbi xidmətlər göstərilib və quduzluq əleyhinə vaksin tətbiq olunub.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən qadınlar ambulator müalicə üçün evə buraxılıblar. (Metbuat.az)