YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal

Gülarənin qətlinə görə saxlanılan qardaşının FOTOLARI

Gülarənin qətlinə görə saxlanılan qardaşının FOTOLARI

Bakıda 23 yaşlı rəssam Gülarə Mehdiyevanın qətlə yetirilməsi ilə bağlı şübhəli bilinən ögey qardaşı Ayxan Mehdiyevin fotoları yayılıb.

Hadisəni törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Mehdiyevin görüntüləri yayımlanıb.

Xatırladaq ki, hadisə noyabrın 16-da saat 14:30 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən mənzildə baş verib.

İlkin məlumata görə, 18 yaşlı gəncin bıçaqla ögey bacısına hücum edərək ona üç ağır zərbə vurduğu bildirilir. Gülarənin səsini eşidən qonşular hadisə yerinə gələrək təcili tibbi yardım çağırıblar. Xəstəxanaya çatdırılan 2003-cü il təvəllüdlü Gülarə Mehdiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Ehtimal edilir ki, Ayxan dərsdən qayıtdıqdan sonra sosial şəbəkədə bacısının fotolarını görərək onunla mübahisə edib. O, şəkillərə tanımadığı şəxslərin şərh yazmasına etiraz edib və Gülarədən həmin paylaşımları silməyi tələb edib. Gənc qızın bundan imtina etməsi mübahisənin daha da gərginləşməsinə səbəb olub.

Hadisədən sonra Ayxan Mehdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. (bakupost)

Gülarənin qətlinə görə saxlanılan qardaşının FOTOLARI
Gülarənin qətlinə görə saxlanılan qardaşının FOTOLARI
Gülarənin qətlinə görə saxlanılan qardaşının FOTOLARI
Gülarənin qətlinə görə saxlanılan qardaşının FOTOLARI
Gülarənin qətlinə görə saxlanılan qardaşının FOTOLARI
1 / 4

Editor
Redaktor