YapiKredi Müraciət Forması
Mazda CX-5
Sosial

Hasil Abbasov 2 müdiri işdən çıxardı

Hasil Abbasov 2 müdiri işdən çıxardı

Dövlət Məşğulluq Agentliyində bir sıra rəhbər şəxslər vəzifələrindən azad olunublar.

Demokrat.az ölkə.az-a istinadla xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasovun əmri ilə Maliyyə departamentinin müdiri Şəms Qasımzadə kürsüsünü tərk edib.

Digər əmrlə, Elvin Məlikli İnzibati departamentinin Satınalma şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.

Ş.Qasımzadə sözügedən vəzifəyə ötən il, E.Məlikli isə cari ilin mayında təyin edilmişdi. Hələlik onların yerinə təyinatlar olmayıb.

B
Qeyd edilməyib