YapiKredi Müraciət Forması
Mazda CX-5
Ədəbiyyat

İşdən qayıdan şairi avtobus vurub öldürdü — Təfərrüat (YENİLƏNİB)

İşdən qayıdan şairi avtobus vurub öldürdü — Təfərrüat (YENİLƏNİB)

Şair-publisist Oqtay Şəhriyarlının (Oqtay Əliyusif oğlu Rzayev) ölümünün təfərrüatları məlum olub.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, onu işdən qayıdarkən avtobus vurub.

Hadisə noyabrın 16-da paytaxtın Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsində baş verib.

Nəticəsində şair hadisə yerindəcə dünyasını dəyişib.

O.Şəhriyarlı doğulduğu Masallı rayonunun Şəhriyar kəndində dəfn olunub.

***

11:56

Şair və aparıcı Oqtay Şəhriyarlı avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Bu barədə Ölkə.az-a onun yaxınları məlumat verib.

O.Şəhriyarlı 13 mart 1959-cu ildə Masallı rayonunun Şəhriyar kəndində anadan olub.

Onun ilk şeiri 1974-cü ildə Masallı rayonunda nəşr olunan "Çağırış" qəzetində dərc edilib. 1976–1978-ci illərdə Sumqayıt şəhərində çıxan "Sosialist Sumqayıtı" qəzetində müxbir kimi fəaliyyət göstərib.

1974-cü ildən etibarən şeirləri müxtəlif mətbuat orqanlarında dərc olunub. Son dövrlərdə isə "Bütövlük" ictimai-siyasi hüquq qəzetinin xüsusi müxbiri kimi çalışıb.

İşdən qayıdan şairi avtobus vurub öldürdü — Təfərrüat (YENİLƏNİB)

B
Qeyd edilməyib