Pensiya yaşı artırılır?

GÜNDƏM 24 oktyabr 2025, 21:35
“Doğulanlarla yaşlanan insanların arasında balansının pozulması məsələsi var. Yəni, işləyənlərin sayı azalır, pensiyaya çıxanların sayı çoxalır, insanların orta ömrü uzanır. Məsələn, 65 yaşdan yuxarı əhalinin sayı 18–20 faizdən çox olduqda belə problemlər yaranır”. 

Bunu iqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında deyib.

İqtisadçı bildirib ki, beləliklə daha çox əhali pensiya alır və bu da büdcədə problemlər yaradır:

“Pensiya yaşı Azərbaycanda ortalama olaraq 12 il hesablanır. Elə olur ki, insanlar 12 ili yaşaya bilmir, bəziləri isə daha çox yaşayır. Ümumiyyətlə, bu risk bütün ölkələrdə mövcuddur. Maliyyə Nazirliyinin bu yaxınlarda yaydığı hesabatda da bu məsələlər yer alıb. Bu sənəd birbaşa təklif yox, riskləri göstərən hesabat xarakterli sənəddir. Azərbaycanda yaxın 3-4 ildə pensiya yaşına dair dəyişiklik gözlənilmir. Hazırda kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 63-dür və 2027-ci ilə qədər bu 6 ay artırılmaqla sabitləşəcək. Avropada isə bu riskləri azaltmaq üçün pensiya yaşını 67-yə qaldırıblar və yaşlıların əmək bazarında daha uzun qalması üçün təşviq tədbirləri görürlər. Könüllü pensiya yığımlarını artırmağa çalışırlar və hökumət dəstək proqramları tətbiq edir. Pensiya yaşının artırılması əvəzinə bu cür əlavə mexanizmlərin tətbiqi daha doğru olardı”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2025, 23:57
24 oktyabr 2025, 21:35
Top