"Telefon zəngi ilə bank hesabına və ya karta müdaxilə etmək texniki cəhətdən mümkün deyil. Pulun çıxarılması üçün ya kart məlumatlarınız, yəni kart nömrəsi, etibarlılıq tarixi və CVC kodu lazımdır, ya da mobil bank əməliyyatlarını təsdiqləyən SMS, iki faktorlu autentifikasiya kodlarına və ya bank tətbiqinizin giriş məlumatlarına çıxış olmalıdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Natiq Məmişov deyib.
"Bununla belə, diqqətli olmaq lazımdır. Fırıldaqçılıq vasitəsilə zəng edən şəxs sizdən kart məlumatlarını, SMS kodunu və ya şifrənizi tələb edə bilər və siz həmin məlumatları paylaşsanız pul çıxarıla bilər. Heç vaxt telefon zəngi zamanı kart məlumatlarınızı, SMS kodlarınızı və ya şifrənizi paylaşmayın".
O bildirib ki, digər mümkün yol telefona əvvəlcədən yüklənmiş zərərli proqramlardır:
"Əgər telefonunuza icazələr verilibsə və zərərli tətbiq mobil bank tətbiqinə giriş əldə edə bilirsə, o zaman hesabdan pul çıxarmaq mümkündür. Bu mexanizm zəngdən fərqlidir və adətən istifadəçinin bilmədən yüklədiyi və icazələr verdiyi proqramlar vasitəsilə baş verir. Nəticə olaraq telefon zəngi özü ilə avtomatik pul çıxarmağa imkan vermir, amma şəxsi məlumatların paylaşılması və ya cihazlara yüklənmiş zərərli proqramlar təhlükə yarada bilər. Ona görə də məlumatların qorunması və şüurlu davranış əsas şərtdir".
Əfsanə Kamal
Demokrat.az