"Binalarda əlavə eyvanların, çıxıntıların tikintisi yalnız müvafiq icra orqanının razılığı ilə həyata keçirilir. Bunun üçün əvvəlcə layihə hazırlanır və təsdiqlənir. Layihə təsdiqləndikdən sonra tikintiyə rəsmi icazə verilir".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Samir Nəbiyev deyib.
O bildirib ki, köhnə eyvanların vəziyyətinə gəldikdə isə, bu, əsasən mövcud binada fəaliyyət göstərən mənzil-istismar idarələrinin öhdəliyindədir:
"Yeni tikililərdə isə məsuliyyət Mənzil-Tikinti Kooperativlərinin (MTK) balansına aiddir. Bu istiqamətdə dövlət orqanları tərəfindən müvafiq yoxlamalar aparılır, aşkar olunan qüsurlar aradan qaldırıldıqdan sonra aidiyyəti qurumlar tərəfindən göstərişlər verilir və icraat həyata keçirilir".
Qeyd edək ki, Bakıda binalardan birinin balkonu aşağı mərtəbədə yerləşən restoranın üzərinə düşüb.
Əfsanə Kamal
Demokrat.az