YapiKredi Müraciət Forması
İkt

İKT Bu şəxslərə AZCON-da yüksək vəzifə verildi

İKT Bu şəxslərə AZCON-da yüksək vəzifə verildi

AZCON Holding-də Data mühəndisliyi və analitika üzrə rəhbər vəzifəsinə təyinat olub.

Demokrat.az xəbər verir ki, bu vəzifə Xəyyam Qəhrəmana həvalə edilib.

Eyni zamanda, Holdinqdə Tikinti xərclərinə nəzarət və smeta şöbəsinin müdiri vəzifəsinə də təyinat olub. Bu vəzifə isə, Nicat Yaqubluya həvalə olunub.

Qeyd edək ki, X.Qəhrəman bundan öncə qurumda Baş məlumat mühəndisi vəzifəsində çalışıb. O, AZCON Holding-ə 2025-ci ildə "PAŞA Bank" ASC-dən gəlib. N.Yaqublu isə, bu vaxta qədər Holdinqdə kommersiya komandasının rəhbəri olub.

Məlumat üçün deyək ki, AZCON Holding 2024-cü ildə yaradılıb. Holdinqin Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, icraçı direktoru isə, Şahin Babayevdir. (plat.az)