Bir il əvvəl Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirən üç nəfərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətova olub. Onun qızı Ləman Qulamova isə hadisədən sonra aldığı xəsarətlərdən hələ də sağala bilməyib.
Demokrat.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, ötən il noyabrın 22-də Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində Könül Hümbətova həyatını itirib, yeganə qızı Ləman isə ağır xəsarət alıb.
Artıq 11 aydır ki, ailə Könül Hümbətovanın yadigarını yaşatmaq və onun müalicəsini davam etdirmək üçün mübarizə aparır.
Ləmanın ən böyük arzusu sağlamlığına qovuşmaq, normal həyat yaşamaq və suyu belə rahatlıqla içə bilməkdir.


