YapiKredi Müraciət Forması
Özəl Maraqlı

2027-ci ilin rəngi bəlli oldu – Evlər bu rəngə boyanacaq!

2027-ci ilin rəngi bəlli oldu – Evlər bu rəngə boyanacaq!

Dünyanın tanınmış boya istehsalçılarından biri olan Benjamin Moore 2027-ci ilin rəngini açıqlayıb. Şirkətin gələn il üçün seçdiyi rəng Webster Green HC-130 adlanan, təbiətdən ilhamlanan və zəngin yaşıl çalarlı rəngdir.

Demokrat.az xəbər verir ki, interyer dizaynerləri bu rəngin evlərdə istifadəsi ilə bağlı tövsiyələrini bölüşüblər.

Dizaynerlərin fikrincə, Webster Green xüsusilə yemək otaqları üçün uğurlu seçimdir. Bu rəng məkana dərinlik, rahatlıq və zəriflik qatır. Həmçinin taxta mebel, qızılı dekor elementləri və açıq rəngli qab-qacaqla uyğunluq təşkil edir.

Mütəxəssislər bu rəngin kiçik hamam otaqlarında, ev ofislərində və yataq otaqlarında da istifadəsini məqsədəuyğun hesab edirlər. Xüsusilə kiçik məkanlarda yaşıl rəngin düzgün işıqlandırma və uyğun dekorla birləşdirilməsi fərqli atmosfer yarada bilər.

Bununla yanaşı, dizaynerlər Webster Green rəngindən geniş qonaq otaqlarında, uşaq otaqlarında və dar dəhlizlərdə ehtiyatla istifadə etməyi məsləhət görürlər. Onların fikrincə, bu rəng böyük sahələrdə həddindən artıq dominant görünə, dar və işıqsız məkanları isə daha qaranlıq göstərə bilər.

Bu səbəbdən geniş otaqlarda rəngi bütün divarlara tətbiq etmək əvəzinə, bir divarda və ya mebel elementlərində istifadə etmək tövsiyə olunur.

Beləliklə, 2027-ci ilin interyer trendlərində təbiətdən ilhamlanan, canlı və cəsarətli yaşıl çalarların ön plana çıxacağı gözlənilir.