YapiKredi Müraciət Forması
Özəl Maraqlı

Xərçəng riskini azalda bilər!

Xərçəng riskini azalda bilər!

Sağlam qidalanma xərçəng riskinin azaldılmasında mühüm rol oynaya bilər. Mütəxəssislər bu baxımdan adi brokolidən daha çox faydalı maddə ehtiva edən brokoli cücərtilərinə diqqət çəkirlər.

Demokrat.az xəbər verir ki, "Parade" nəşrinin yazdığına görə, onkoloji dietoloq Alison Tierni xərçəng riskinin azaldılmasına kömək edə biləcək qidalardan biri kimi brokoli cücərtilərini tövsiyə edib.

Mütəxəssisin sözlərinə görə, brokoli cücərtilərində yetkin brokoli ilə müqayisədə 10-100 dəfə çox qlükosinolat ola bilər. Bu maddələr orqanizmdə sulforafana çevrilir. Sulforafanın zərərli maddələrin zərərsizləşdirilməsində rol oynadığı bildirilir.

Dietoloq brokoli cücərtilərini sendviçlərə, salatlara, smuzilərə və şorbalara əlavə etməyi məsləhət görür. Onları ev şəraitində də yetişdirmək mümkündür.

Qeyd edək ki, bu qidanın istifadəsi xərçəngdən qorunmağa zəmanət vermir və tibbi müalicəni əvəz etmir.