Venera retrosu dörd bürc üçün yeni maliyyə imkanları vəd edir. Astroloqların fikrincə, köhnə fürsətlər yenidən gündəmə gələcək, yeni gəlir mənbələri yaranacaq və bəzi bürclər uzun müddətdir gözlədikləri maddi rahatlığa qovuşa biləcəklər.
Maddi çətinliklər, bitmək bilməyən xərclər və ayın sonunu çətinliklə gətirmək... Bəzi bürclər üçün bu dövrün geridə qalacağı iddia edilir. Oktyabrın 3-də başlayan və noyabrın ortalarınadək davam edəcəyi bildirilən Venera retrosu ilə bağlı astroloji proqnozlarda dörd bürcün maliyyə baxımından daha əlverişli imkanlarla qarşılaşacağı qeyd olunur.
YourTango nəşrində yer alan astroloq Şeyin (Shay) şərhinə görə, bu müddətdə keçmişdə yarımçıq qalmış işlər yenidən gündəmə gələ, unudulmuş təkliflər qazanc mənbəyinə çevrilə və bəzi insanlar göstərdikləri əməyin qarşılığını ala bilərlər.
Bəs maddi baxımdan şanslı olacaq həmin dörd bürc hansılardır?
Tərəzi – Köhnə fürsətlər yenidən qarşınıza çıxacaq
Veneranın idarə etdiyi Tərəzi bürcü üçün bu dövr keçmişdə əldən çıxmış imkanların yenidən gündəmə gəlməsi ilə yadda qala bilər. Əvvəllər əməkdaşlıq etdiyiniz müştəri, yarımçıq qalmış biznes ideyası və ya vaxtilə qəbul etmədiyiniz iş təklifi yenidən qarşınıza çıxa bilər.
Astroloqun fikrincə, Tərəzilər bu fürsətləri dəyərləndirməli, xidmət haqlarını və əməyinin qarşılığını yenidən nəzərdən keçirməlidirlər. Vaxtilə reallaşacağına inanmadığınız bir fikir belə yaxın həftələrdə gəlir gətirə bilər.
Dolça – Əməyinizin qarşılığını almağın vaxtıdır
Dolçalar üçün karyera və iş həyatında müsbət dəyişikliklər gözlənilir. Uzun müddətdir göstərdikləri səylər nəhayət diqqət çəkə, ətraflarından biri onları yeni vəzifə və ya layihə üçün tövsiyə edə bilər.
Bu, həm vəzifə yüksəlişi, həm də yeni karyera imkanları şəklində özünü göstərə bilər. Astroloq Dolçalara yeni təklifləri qəbul etməzdən əvvəl əməkhaqqı və iş öhdəliklərini dəqiqləşdirməyi tövsiyə edir.
Əkizlər – Keçmişdən gələn xəbər maddi imkan yarada bilər
Əkizlər üçün gözlənilməz inkişaflar keçmiş iş əlaqələri ilə bağlı ola bilər. Vaxtilə birlikdə çalışdıqları bir insan onları xatırlaya, əvvəlki zəhmətlərinin qarşılığını almaq üçün yeni imkan yarana bilər.
Köhnə məsələlərin həllini tapması Əkizlərə həm mənəvi rahatlıq, həm də yeni karyera yolları qazandıra bilər. Bu proses daha gəlirli işlərə keçid üçün zəmin yarada bilər.
Qoç – Qazancınız yeni tanışlıqlar və əməkdaşlıqlardan gələcək
Qoç bürcünü isə maliyyə baxımından yeni əlaqələr və tərəfdaşlıqlar ön plana çıxarır. Astroloq Şeyin fikrincə, bu bürcün nümayəndələri ətraflarındakı insanlar vasitəsilə yeni qazanc imkanları əldə edə bilərlər.
Bunun üçün daha fəal olmaq, yeni insanlarla tanış olmaq və düzgün əməkdaşlıqlar qurmaq vacibdir. Bununla belə, Qoçlara hər təklifə razılıq verməmək və öz üzərlərinə həddindən artıq məsuliyyət götürməmək tövsiyə olunur.


